STRUKTUR DÜZƏNLİK

topoqrafik səthi geoloji səthə uyğun gələn, düzənlik. равнина структурная structural plain
STRUKTUR-DENUDASİON TERRAS
STRUKTUR-FASİAL ZONA
OBASTAN VİKİ
Struktur
Struktur (lat. structūra), – hər hansı obyektin daxili quruluşu. Struktur sistem elementləri arasında əlaqələrin nisbi dayanıqlı quruluşudur.
Düzənlik
Düzənlik — yüksəklik fərqi çox az olan geniş sahə. == Ümumi məlumat == Düzənliklərin ayrı-ayrı hissələrini yüksəklik fərqi bəzən 100–200 metrə çatır. Lakin bu fərq tədricən və çox geniş sahədə dəyişdiyindən hiss olunmur. Məsələn, dünyanın ən geniş düzənliklərindən biri olan Qərbi Sibir düzənliyinin sahəsi 2mln.km²-ə yaxındır. Şimalda Karsk dənizi sahələrindən başlayaraq cənubda Altay dağlıq ölkəsinin ətəklərinə qədər 1500 km məsafədə uzanmış düzənlik cəmisi 150–170 m-ə qədər qalxır. Düzənliklər tam üfiqi vəziyyətdə olmayıb, hər hansı bir tərəfə meyil edir. Düzənlik çayları bu meyillikdən istifadə edərək axır. Dağlıq ölkələrdə denudasiya prosesləri hakim rol oynadığı kimi, düzənliklərdə də akkumulyasiya prosesləri hakimdir. Düzənliklər bir tərəfdən dağlara söykəndikdə akkumulyasiya prosesləri daha sürətlə gedir. Bununla yanaşı olaraq düzənliklərdə zəif də olsa denudasiya prosesləri də gedir.
Dramatik struktur
Dramatik struktur, film və ya tamaşa kimi dramatik bir əsərin strukturudur. Bir çox alimlər tarix boyu dramatik strukturu təhlil etmişdirlər. Bu təhlillər ilk dəfə Aristotel tərəfindən “Poetika” əsərindən başlamışdır. Bu isə eramızdan əvvəl 335-ci ilə müvafiq gəlir. == Tarix == Qədim yunan filosofu Aristotel “Poetika” əsərində “Bütün başlanğıcı, ortası və sonu olan bir şeydir” fikrini irəli sürmüşdür. Roma dramatik tənqidçisi Horatius Ars Poetika əsərində 5 hissəli strukturu müdafiə etdiyi qədər Aristotelin bu üç hissəli baxış fikrinə razı deyildi. Horatius əsərində yazırdı: “Tamaşa 5 fəsildən nə uzun, nə də qısa olmamalıdır.” 5 hissəli strukturdan imtina edildikdən sonra İntibah dramaturqları onu yenidən diriltmişdirlər. 1863-cü ildə Henrik İbsen kimi dramaturqlar 5 hissəli strukturdan imtina edərək 3 və 4 hissəli strukturu sınaqdan keçirmişdirlər. Alman dramaturqu və yazıçısı Qustav Freytaq “Die Technik des Dramas” əsərində 5 hissəli dramatik struktura dair qəti tədqiqat aparmışdır. Bu tədqiqat Freytaq Piramidası kimi tanınmağa başlamışdır.
Sosial struktur
Sosial struktur cəmiyyətdəki mütəşəkkil münasibətlərin bütövlüyüdür. Cəmiyyətin bir çərçivəsini təşkil edir və bu çərçivə şəxs doğulmazdan əvvəl mədəniyyətlə qorunub saxlanılır və münasibətlər sistematik şəkildə təşkil olunur. Sosial strukturu meydana gətirən komponentlər mədəniyyət, sosial siniflər, status, sosial statusla əlaqəli rol və üzvi bütövlüyünün qorunması üçün zəruri olan qurumlardır (sağlamlıq, təhsil, təhlükəsizlik və s.). Sosial quruluşun komponentləri fərdin sosiallaşma prosesinə də güclü təsir göstərir; fərdin hansı mədəniyyətdən asılı olması, sinfi mövqeyi, özünə miras qalmış statusu, zamanla qazandığı status və bununla əlaqəli rolları, xarakteri və şəxsiyyətinin formalaşmasında birinci dərəcəli təsirlərə malikdir. Beləliklə, sosial struktur nəinki keçmişdən bu günə qədər olan mirasları daşıyır, bu günümüzdə mirasın həyat damarlarıdır və gələcəkdə hansı münasibətləri yaşayacağımızı da müəyyənləşdirir.
Struktur funksionalizm
Struktur funksionalizm — sosiologiyada metodoloji yanaşma. Bu yanaşmaya görə cəmiyyət sosial sistem kimi strukturlardan ibarətdir və bu strukturların öz funksiyaları var. Struktur funksionalizmin banisi Tolkot Parsons sayılsa da, əsasını Herbert Spenserin əsərlərindən götürür.
Struktur işsizlik
Struktur işsizlik (ing. structural unemployment) — iş axtarışı prosesini çətinləşdirən davamlı institusional amillərin yaratdığı işsizlik. İnstitusional amillər əmək bazarının fəaliyyət göstərdiyi qaydalarla əlaqələndirilir. Bu qaydalar işə götürmə və işdən çıxarma prosesində əlavə pul və vaxt xərclərinə, eləcə də mükəmməl rəqabətli əmək bazarında müəyyən edilmiş dəyərlərdən uzun müddət kənara çıxa bilən sərt əmək haqqına səbəb ola bilər.. Struktur işsizlik təbii işsizliyin bir hissəsidir və ona görə də uzunmüddətli xarakter daşıyır, çünki onun amilləri sabitdir. Onlar uzunmüddətli perspektivdə əmək bazarında tam məşğulluğa nail olmağa mane olurlar. Bu, onu iqtisadi fəaliyyətdə müvəqqəti azalmalar nəticəsində yaranan tsiklik işsizlikdən fərqləndirir. == Təsviri == K. R. Makkonell və S. L. Brüya görə, struktur işsizlik istehlak mallarına tələbin strukturunda və istehsal texnologiyasında baş verən dəyişikliklər nəticəsində yaranan işsizlikdir, bunlar peşələrinə tələbin olmaması və ya işsiz olduqları üçün işsiz qalan insanlardır ; zəruri ixtisasların olmaması. BRE-də struktur işsizlik — əmək tələbi ilə ümumi işçi qüvvəsinin peşəkar strukturu arasında uyğunsuzluq və istehlak tələbinin strukturunda dəyişiklik nəticəsində yaranan qeyri-iradi işsizlikdir. İşçilər, işəgötürənlər tərəfindən peşələrinə tələbat olmadığı və ya işə düzəlmək üçün kifayət qədər ixtisasa malik olmadıqları üçün iş yerlərini itirdikdə struktur işsizliyə daxil edilirlər.
Təşkilati struktur
Təşkilati struktur (ing. Organizational structure) — əmək bölgüsünün işçi tapşırıqlarına bölmək onların həlli üçün tətbiq edilən koordinasiya sistemidir. Təşkilati struktur təsərrüfatlaşan obyektə çoxşaxəli təşkilati strukturlar xasdır. Beynəlxalq təcrübəyə müvafiq departamentləşmədə törəmə istehsal qurumlarını əhatə edən xətti, yaxud iyerarxik, aparıcı şöbələr prinsipində xüsusiləşən funksional və nəhəng təşkilatlara xas menecer idarəetməsinə əsaslanan diviziyon, xarici təsirlərə, yeniləşməyə meyli ilə fərqlənən adaptiv — yaxud üzvü strukturlar təsnifatı vardır. Digər bir təsnifatda adi şöbə bölgüsü — funksional ənənəvi coğrafi və məhsul buraxılışı üzrə qruplaşmış diviziyon və bunların vəhdətini əks etdirən matrissa strukturu ilə yanaşı komandalı — xüsusi tapşırıqları koordinasiya edən və daha çox beynəlxalq əlaqələrdə əhəmiyyətli olan broker tənzimli şəbəkəli strukturlar da mövcuddur. Hər bir struktur özünəməxsus təşkilata müvafiqdir və burada müsbət və mənfi cəhətlər mümkün və yetərli ola bilər. Kiçik müəssisələrə xətti quruluş istisna olmaqla, bütün digər təşkilatlarda bu strukturların heç biri xalis şəkildə idarəetmə mexanizminə çevrilmir. Bununla belə, əksər müəssisələr qarışıq idarəetməni həyata keçirirlər. == Növləri == Təşkilati strukturun bir neçə tipi fərqləndirilir ki, bunlardan bəziləri elementar və ya baza təşkilati struktur adlandırılır. Xətti təşkilati struktur çox sadədir, ali rəhbərlikdən bilavasitə orta səviyyəli "xətti" menecerlərə və daha sonra təşkilatın işçilərinə birbaşa tabelik və məsuliyyət xəttini nəzərdə tutur.
Xətti struktur
Xətti struktur (ing. linear structure) – elementləri ciddi olaraq böyüklük qaydalarına uyğun şəkildə təşkil olunmuş struktur. Xətti strukturda iki şərt tətbiq olunur: 1. Əgər X Y-dən öndə gəlirsə və Y Z-dən öndə gəlirsə, onda X Z-dən öndə gəlir. 2. Əgər X Y-dən öndə gəlirsə və X Z-dən öndə gəlirsə, onda ya Y Z-dən öndə gəlir, ya da Z Y-dən öndə gəlir. Bu tərifə görə, ağacşəkilli struktur xətti deyil, çünki o, birinci şərti ödəsə də, ikinci şərti ödəmir (Y və Z X-in törəmələri ola bilər və buna görə də onlardan heç biri digərindən öndə gəlməyəcək). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Abissal düzənlik
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasitəsilə dib çöküntülərinin yerdəyişməsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Abrazion düzənlik
Abrazion düzənlik — dalğaların və ləpədöyənin abrazion fəaliyyəti nəticəsində əmələ gəlmiş düzənlik. Sahillərin qalxması, çöküntü çatışmazlığı şəraitində və abraziya zamanı çoxlu miqdarda çöküntü əmələ gətirməyən ana suxurların əlverişli litoloji tərkibə (əhəngdaşı, mergel və s.) malik olduğu halda formalaşır. Eni, adətən, bir neçə kilometr, uzunluğu onlarla kilometr olur. Səthi xırda heykələbənzər relyef formaları ilə mürəkkəbləşir. Abrazion düzənliklər Şimal Buzlu okeanı sahillərində daha geniş inkişaf etmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild.
Allüvial düzənlik
Düzənlik (coğrafiya)
Düzənlik — yüksəklik fərqi çox az olan geniş sahə. == Ümumi məlumat == Düzənliklərin ayrı-ayrı hissələrini yüksəklik fərqi bəzən 100–200 metrə çatır. Lakin bu fərq tədricən və çox geniş sahədə dəyişdiyindən hiss olunmur. Məsələn, dünyanın ən geniş düzənliklərindən biri olan Qərbi Sibir düzənliyinin sahəsi 2mln.km²-ə yaxındır. Şimalda Karsk dənizi sahələrindən başlayaraq cənubda Altay dağlıq ölkəsinin ətəklərinə qədər 1500 km məsafədə uzanmış düzənlik cəmisi 150–170 m-ə qədər qalxır. Düzənliklər tam üfiqi vəziyyətdə olmayıb, hər hansı bir tərəfə meyil edir. Düzənlik çayları bu meyillikdən istifadə edərək axır. Dağlıq ölkələrdə denudasiya prosesləri hakim rol oynadığı kimi, düzənliklərdə də akkumulyasiya prosesləri hakimdir. Düzənliklər bir tərəfdən dağlara söykəndikdə akkumulyasiya prosesləri daha sürətlə gedir. Bununla yanaşı olaraq düzənliklərdə zəif də olsa denudasiya prosesləri də gedir.
Düzənlik kələzi
Düzənlik kələzi (lat. Trapelus) — Kələzlər fəsiləsinə aid cins. Orta ölçülərə malik kərtənkələlərdir. Əsasən onurğasızlarla və bəzən bitkilərlə qidalanır. Əvvəllər bu cinsə daxil olan kələzlər, Kələzlər cinsinə daxil edilirdi. == Yayılması == Düzənlik kələzi Avropanın arid cənub-şərq hissəsi, Asiya cənub-qərb hissəsi, Orta və mərkəzi Asiya, Çin, İran, Əfqanıstan, Ərəbistan yarımadası, kimi ərazilərdə yayılmışdır.
Düzənlik kələzləri
Düzənlik kələzi (lat. Trapelus) — Kələzlər fəsiləsinə aid cins. Orta ölçülərə malik kərtənkələlərdir. Əsasən onurğasızlarla və bəzən bitkilərlə qidalanır. Əvvəllər bu cinsə daxil olan kələzlər, Kələzlər cinsinə daxil edilirdi. == Yayılması == Düzənlik kələzi Avropanın arid cənub-şərq hissəsi, Asiya cənub-qərb hissəsi, Orta və mərkəzi Asiya, Çin, İran, Əfqanıstan, Ərəbistan yarımadası, kimi ərazilərdə yayılmışdır.
Düzənlik tapiri
Düzənlik tapiri; Yəhərli tapir; Braziliya tapiri (lat. Tapirus terrestris)) — Təkdırnaqlılar dəstəsinin tapirkimilər fəsiləsinin tapir cinsinə aid məməli heyvan növü. == Yarımnövləri == T. t. aenigmaticus T. t. colombianus T. t. spegazzinii T. t. terrestris == Yayılması == Düzənlik tapirinə Cənubi Amerikanın And dağlarının şərqində böyük bir ərazidə rast gəlinir. Onların arealı Kolumbiya və Venesueladan Braziliyanın cənubuna kimi, Paraqvay və Argentinanın şimal hissələrində olan əraziləri əhatə edir. Yaşayış yerləri meşələr, ilk növbədə onların həmişə su hövzələrinə yaxın yerlərdə olmağa çalışdıqları tropik meşələrdir.
Düzənlik zebri
Düzənlik zebri (lat. Equus burchelli) — at cinsinə aid heyvan növü. Kvaqqa (Equus quagga) yarımnövünün 1883-cü ildə nəsli kəsilib. Düzənlik zerbləri Cənub-Şərqi Afrikada, Həbəşistanın cənubundan CAR-ın şərqi və Anqolaya kimi yayılıb. == Xarici görünüşü == Kip bədən quruluşuna və qısa ayaqlara malik orta ölçülü zolaqlı heyvandır. Orta hesabla bədəninin uzunluğu 2-2,4 m, quyruğu 47-57 sm, hündürlüyü 1,12-1,4 m, kütləsi isə 290-340 kq olur. Erkəkləri dişilərdən 10%-ə qədər böyük olurlar. Erkəkləri dişilərdən fərqləndirən xüsusiyyətlərindən biri də yoğun boyuna malik olmasıdır. Yalları düs və qısa olur. Quyruğunun sonunda qotaz şəklində tüklər olur.
Muğan (düzənlik)
Muğan düzü — Araz çayının və Talış dağları silsiləsinin şimal hissəsində Savalan dağının ətrafından Xəzər dənizinə kimi uzanır. == Etimologiyası == Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb. Şimal hissəsinin qədim adı Alan düzü olmuşdur. Bu ad alanlarla bağlıdır. == Coğrafi yerləri == Bu yaşıl gözəl düzənliyin bir çox görməli yerləri var: Araz çayının sahili Şahrak gölü Muğanda böyük kənd təsərrüfatı və Heyvandarlıq kompleksləri Oltan mağarası (Parsabad) Qız qalası Xudafərin körpüsü Xərmən, Nadir təpələri Aslandüzdə qədim məzarlıq == Ümumi məlumatlar == Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir. Tarixən Araz çayı Muğan düzündən axaraq bilavasitə Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ sahilini yuyub Muğan düzünün bir hissəsini basmışdır.
İlkin düzənlik
İlkin düzənlik (rus. первичная равнина, ing. primary plain) — akkumulyativ dəniz düzənliyi, qırışıq əmələgəlməyə məruz qalmamış cavan dəniz çöküntülərindən təşkil olunmuş, alçaq quru düzənlik. İ. d. epi-kontinental /materik üstü/ dəniz-lərin /adətən platforma strukturları daxilində/ reqressiyası nəticəsində əmələ gəlir / Mis: Xəzəryanı ovalıq/.
Düzənlik (Salyan)
Düzənlik — Azərbaycan Respublikasının Salyan rayonunun Qaracala inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. Yaşayış məntəqəsi 1 nömrəli sovxozun 6-cı Şöbəsinin malikanəsi əsasında yaranmışdır. Qəsəbə düzənlik ərazidə yerləşdiyinə görə belə adlandırılmışdır.
Düzənlik (dəqiqləşdirmə)
Düzənlik — çöllük.
Relyefin struktur forması
Qərb düzənlik qorillası
Qərb düzənlik qorillası (lat. Gorilla gorilla gorilla) — Qərb qorillasına (Gorilla gorilla) daxil olan bir yarımnöv == Yayılması == Dağ ətəklərindəki meşəliklərdə və bataqlıq ərazilərdə ən mox rastlanılırlar. Konqo Respublikası, Anqola, Ekvatorial Qvineya və Qabon kimi ölkələrdə yayılmışlar. Konqo Demokratik Respublikası ərazisində isə nəsli kəsilmişdir. İlk dəfə bu yarımnövə aid qorilla Birmingem zooparkına gətirilmişdir. Bu yarımnövdə olan yeganə albinos "Qar dənəsi" ləqəbli bir erkək qorilla olmuşdur. == Təsviri == Qərb düzənlik qorillaları Qərb çay qorillalarına nisbətdə nisbətən kiçik olurlar. Erkəklər 1.8 m boya, 140 ka çəkiyə, dişilər isə 1.5 m boya və 70 kq çəkiyə sahib olurlar. Bir ailənin yayılma arealı 3 – 18 km² arasında dəyişir. Yaşadığı əraziləri qorumadığından bəzən yayılma zonaları kəsişə bilir.
Yastı abissal düzənlik
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasitəsilə dib çöküntülərinin yerdəyişməsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Yüksəyə qaldırılmış düzənlik
Yüksəyə qaldırılmış düzənlik (rus. возвышенная равнина, ing. high plain) — dəniz səviyyəsindən müəyyən qədər yüksəyə qaldırılmış düzənlik, mütləq yüksəkliyi 200 m-dən çox olur.
Arazboyu maili düzənlik fiziki-coğrafi rayonu
Arazboyu maili düzənlik fiziki-coğrafi rayonu — rayon ərazisi Arazboyu, Cəbrayıl, Gəyən düzənliklərini əhatə edib, Zəngilan rayonundan başlamış şimal — şərqdə Xocavənd rayonu ərazisinə kimi uzanır və qərbdə, şimal – qərbdə Kiçik Qafqazın ətəklərinə təmas edir. Mütləq yüksəkliyi 200 m-lə 500–600 m arasında dəyişir. Qarabağ silsiləsinin Çaxmaxçayla, İncəçay arasında əyilməyə məruz qalan periklinal sahəsində Üst Abşeron, Dördüncü dövr çöküntüləri 700–800 m-ə kimi qalxmışdır. Denudasion akkumlyativ mənşəli bu düzənliklərin səthi yarğanlarla daha çox parçalanmışdır. Burada quraq iqlim şəraitində arid — denudasiya prosesləri daha çox inkişaf edib çılpaq yamaclar — bedlendlər əmələ gətirmışdir. Ərazidə başlıca olaraq kserofit kollu quru- çöl (400–600 m mütləq yüksəkliklər arasında) və yarımsəhra (260–400m-də) landşaft kompleksləri inkişaf etmişdir. Quru – çöl landşaftı başlıca olaraq Gəyən və Cəbrayıl maili düzənliklərin əhatə edir.(Mikayılov, Əlizadə,1988). Fiziki Coğrafi rayon ərazisində kənd təsərrüfatının üzümçülük, taxılçılıq, heyvandarlıq, pambıqçılıq sahələri geniş inkişaf etmişdir.